Главная > Ümumi > Meşə yanğınları artıq Almaniyada tüğyan edir

Meşə yanğınları artıq Almaniyada tüğyan edir


27-07-2018, 08:38.

                Meşə yanğınları artıq Almaniyada tüğyan edir

 

Almaniyanın şərqində meşə yanğınları başlayıb. Oxu.Az xəbər verir ki, artıq 130 hektar meşə yanır.

Yerli mətbuatın yazdığına görə, Potsdam şəhəri, həmçinin yaxınlıqdakı digər yaşayış məntəqələri ciddi təhlükədədir. Berlini Leypsiqlə birləşdirən magistralda hərəkət də kəsilə bilər.

Artıq Almaniya hökuməti Berlindən 35 kilometr məsafədə yerləşən kəndin əhalisinin təxliyəsinə başlayıb.

İlkin ehtimallara əsasən, yanğınlara səbəb ölkədə müşahidə edilən isti hava şəraiti ola bilər.

 


Вернуться назад