Главная > Araşdırma > Elmə ən çox xərc çəkən 10 ölkə

Elmə ən çox xərc çəkən 10 ölkə


25-07-2018, 21:48.

                Elmə ən çox xərc çəkən 10 ölkə

 

Rusiya Ali İqtisadiyyat Məktəbi elmi tədqiqat və ixtiralara ən çox vəsait ayıran ölkələrin siyahısını açıqlayıb. 2016-cı ilin göstəricilərini əhatə edən reytinq cədvəlini Statistik Tədqiqatlar və İqtisadi Biliklər İnstitutu hazırlayıb.

Novator.az-ın məlumatına görə, siyahıya ABŞ başçılıq edir. Bu ölkə 2016-cı ildə elmi tədqiqat və kəşflərə ümumilikdə 511,1 milyard dollar xərcləyib.

Reytinq cədvəlinin ikinci pilləsində 451,2 milyard dollarla Çin, üçüncü pilləsində 168,6 milyard dollarla Yaponiya qərarlaşır.

Elmi tədqiqat və kəşflərə çəkilən xərclərin həcminə görə ilk onluqda sonrakı sıralama belədir:

Almaniya – 118,5 milyard dollar

Cənubi Koreya – 79,4 milyard dollar

Fransa – 62,2 milyard dollar

Hindistan – 50,1 milyard dollar

Böyük Britaniya – 47,2 milyard dollar

Braziliya – 41,1 milyard dollar

Rusiya – 39,9 milyard dollar.

 


Вернуться назад