Главная > Ölkə > Günəşdə qasırğa başladı - EHTİYATLI OLUN

Günəşdə qasırğa başladı - EHTİYATLI OLUN


16-02-2016, 21:17.

Günəşdə geomaqnit qasırğası başlayıb.

Yüklü plazma zərrəcikləri Yer planetinə doğru yönəlib

Bu barədə APA -ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına

Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev

bildirib.

 

Onun sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin

qiyməti 5-dir (maksimum 9 olur): "Bu isə artıq G1 sinifli qasırğa deməkdir. Maksimal

şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş

verir. Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşmasının davam

edəcəyi gözlənilir”.

 

 

E. Babayev deyib ki, geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində

hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü "tac dəliyi”ndən başlanğıcını

götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. "Tac dəlikləri”ndən yüklü

plazma zərrəcikləri Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası

fəzaya, o cümlədən də Yer planetinə doğru yönəlir. Hazırda plazma küləyinin

sürəti 575 km/saniyə-dir.

 

E. Babayev bildirib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub

istiqamətinə yönəlməsi kosmik hava şəraitini daha əlverişsiz edir və "katalizator”

rolunu oynayır. Onun sözlərinə görə, atmosfer təzyiqinin qalxması da müşahidə

olunur və bu, neqativ diskomfort effektlərini artırır: "Cari qasırğa yuxarı en

dairələrində daha effektivdir, artıq əsrarəngiz qütb parıltılarının ("avrora borealis”)

şəkilləri mediada yayılıb. Bizim orta coğrafi en dairələri üçün təsir hələ ki, zəifdir.

Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan xroniki ürək-qan-damar

xəstələri, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər”.


Вернуться назад