Главная > Baş Xəbər > İYİ Partiyasında şok: Akşənər istefa verdi
İYİ Partiyasında şok: Akşənər istefa verdi22-07-2018, 22:47. |
Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər postundan istefa verib. Publika.az xəbər verir ki, bu haqda partiyanın İdarə Heyətinin üzvü Fatih Əryılmaz Tvitter hesabında yazıb. Akşənər 3 həftə ərzində partiyada növbədənkənar qurultayın keçiriləcəyini və partiya sədrliyinə namizəd olmayacağını bildirib. Qeyd edək ki, Maral Akşənər iyunun 24-də keçirilən prezident və parlament seçkilərindən sonra partiya üzvləri tərəfindən sərt tənqid olunurdu.
Вернуться назад |