Главная > Problem > Leysan xarakterli yağışlar Cəlilabadda ciddi fəsadlar törədib

Leysan xarakterli yağışlar Cəlilabadda ciddi fəsadlar törədib


31-10-2015, 18:35.
Leysan xarakterli yağışlar Cəlilabadda ciddi fəsadlar törədib
 
Oktyabrın 28-də gecə saatlarından başlayan güclü yağıntılar Cəlilabadda da çaylarda suyun səviyyəsini maksimum həddə çatdırmasına səbəb olub.
 
APA-nın cənub bürosunun məlumatına görə, nəticədə rayonun ayrı-ayrı yaşayış məntəqələrində və Cəlilabad şəhəri ərazisində bir sıra ictimai və iaşə obyektləri, yaşayış evləri, həyətyanı və əkin sahələrini su basıb. Ötən gün axşam saatlarında Cəlilabad şəhərinin mərkəzindən keçən Mişarçay məcrasından çıxıb. Qoruyucu bəndin sel sularının altında qalması bir neçə kənddə subasma təhlükəsi yaradıb.
 
Fövqəladə Hallar Nazirliyinin və yerli qurumların əməkdaşlarının birgə səyləri ilə ağır texnikalar cəlb olunmaqla çaysahili ərazilərdə bənd boyu qoruyucu zolaqlar çəkilib. Lakin yağışın daha da intensivləşməsi çayda suyun səviyyəsini artıırıb. Mişarçay bəndinin partlamasının qaşısını almaqdan ötrü ərazidəki əsas körpüdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb və çayın axını istiqamətində əlavə suötürücü kanallar qazılıb.
 
Güclü yağış rayonun Sabirabad kəndində də daşqına səbəb olub. Axşam saatlarında kənddən keçən Qarayar çayının məcrasından çıxması 50-ə yaxın yaşayış evinin, mal-qara tövlələrinin və əkin sahələrinin su altında qalması ilə nəticələnib.
 
Hazırda  daşqına məruz qalmış ərazilərə müxtəlif təyinatlı texnikalar cəlb olunub. Onların səyləri ilə sel sularının çıxarılması işləri aparılır.

Вернуться назад