Главная > GÜNDƏM > Ermənistanın müdafiə naziri də oğlunu hərbi xidmətə göndərdi - Qarabağa

Ermənistanın müdafiə naziri də oğlunu hərbi xidmətə göndərdi - Qarabağa


17-07-2018, 13:07.

       Ermənistanın müdafiə naziri də oğlunu hərbi xidmətə göndərdi - Qarabağa

 

Baş nazir David Paşinyanın ardınca Ermənistanın müdafiə naziri David Tonoyan da oğlunu hərbi xidmətə yollayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Edqar Tonoyan 16 iyulda hərbi xidmətə gedib. O da Paşinyan kimi, Azərbaycanın işğal olunmuş ərazilərində, Qarabağda xidmət keçəcək.

Bu fakt Ermənistan hakimiyyətinin həyasızlığının növbəti nümunəsi olmaqla yanaşı, fərari ermənilərin orduya cəlb olunması istiqamətində atılan addımdır. Xatırladaq ki, erməni ordusunda xidmətdən imtina etmiş 15 min nəfər erməni gənc ölkə xaricinə qaçıb.

 


Вернуться назад