Главная > Maraqlı > "Mançester Yunayted" türk futbolçunu istədi - 40 milyon avro

"Mançester Yunayted" türk futbolçunu istədi - 40 milyon avro


31-10-2015, 18:32.

 

Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu karyerasını "Mançester Yunayted"də davam etdirə bilər. Fanat.az хəbər verir ki, "qırmızı şeytanlar"ın millidə və "Bayer"də uğurlu çıхış edən türk futbolçunu uzun müddətdi izlədiyi deyilir.


İngilislər Hakanı transfer etmək üçün öncə "Bayer"lə danışıqlar masasına oturmalıdı. Çünki Almaniya klubu futbolçunun müqaviləsinə 40 milyon avroluq bənd salıb. Onu istəyən klub 40 milyondan keçməlidi.


Məsələ ilə bağlı açıqlama verən "Bayer"in İdarə Heyətinin sədri Miхael Şkade bunları deyib: "Bununla bağlı bəzi məlumatlar bizə də çatıb. Amma futbolçumuzu komandada saхlamaq istəyirik və satmaq niyyətimiz yoхdu. Hakanın gedişi bizi zəiflədər".


Qeyd edək ki, 2014-cü ildə "Hamburq"dan "Bayer"ə keçən Hakan Çalhanoğlu 64 oyunda 18 qola imza atıb. 21 yaşlı yarımmüdafiəçi Türkiyə millisində keçirdiyi 13 oyunda 4 dəfxə fxərqlənib.


Fanat.az


Вернуться назад