Главная > Aktual > İraqın cənubunda 7 gündür, hökumət əleyhinə etiraz aksiyaları davam edir

İraqın cənubunda 7 gündür, hökumət əleyhinə etiraz aksiyaları davam edir


15-07-2018, 17:23.

       İraqın cənubunda 7 gündür, hökumət əleyhinə etiraz aksiyaları davam edir

 

İraqın cənub əyalətlərinin minlərlə sakini bazar günü iş yerləri açmaq, elektrik enerjisi və su çatışmazlığı ilə bağlı problemlərin həll edilməsi tələbi ilə şəhər küçələrinə çıxıblar.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, tez-tez polis ilə toqquşmalara gətirib çıxaran hökumət əleyhinə nümayişlər artıq 7 gündür ki, davam edir.

Bazar günü nümayişçilər növbəti dəfə Bəsrə rəhbərliyinin binasına hücum ediblər. Cavab olaraq təhlükəsizlik qüvvələri havaya xəbərdarlıq atəşi açıblar və gözyaşardıcı qaz tətbiq ediblər.

Nəticədə 4 nəfər xəsarət alıb. Analoji vəziyyət Di-Kar və Kərbəla əyalətlərində də baş verib.

Baş nazir Heydər əl-Abadinin sərəncamına əsasən, güc strukturları tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Bəsrə, Kərbəla, Ən-Nəcəf və Maysan əyalətlərində komendant saatı tətbiq olunub.

 


Вернуться назад