Главная > İqtisadiyyat > Bitkoin ucuzlaşmaqda davam edir

Bitkoin ucuzlaşmaqda davam edir


14-07-2018, 09:25.

               Bitkoin ucuzlaşmaqda davam edir 

 

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmasını davam etdirir.

Trend-in məlumatına görə, kriptovalyuta 6,2 min dollar ətrafında alınıb satılır. Mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,06% ucuzlaşaraq 6 265 dollar təşkil edib.

Alternativ kriptovalyutalar müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,78% və ya 437,3 dollaradək ucuzlaşıb, "Ripple" 0,04% (0,44 dollara qədər), "Bitcoin Cash" 0,26% (698,49 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 249,75 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.

 


Вернуться назад