Главная > Hadisə > Bakıda trosu qırılan lift şaxtaya düşüb, üç nəfər xəsarət alıb - SİYAHI

Bakıda trosu qırılan lift şaxtaya düşüb, üç nəfər xəsarət alıb - SİYAHI


13-07-2018, 22:51.

          Bakıda trosu qırılan lift şaxtaya düşüb, üç nəfər xəsarət alıb - SİYAHI

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasınd a lift qırılaraq şaxtaya düşüb. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад