Главная > Hadisə > Qubada yol qəzası olub, ölən və yaralananlar var

Qubada yol qəzası olub, ölən və yaralananlar var


13-07-2018, 18:33.

               Qubada yol qəzası olub, ölən və yaralananlar var

 

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomagistralının rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Vüqar Nazim oğlu Talıbovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü V.Talıbov hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Aygün Əhliman qızı Allahverdiyeva ağır bədən xəsarətləri alıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 


Вернуться назад