Главная > Araşdırma > Dünyanın ən bahalı şəhəri açıqlanıb
Dünyanın ən bahalı şəhəri açıqlanıb13-07-2018, 18:14. |
Dünyanın ən bahalı şəhəri açıqlanıbİsveçrənin UBS bankı "Qiymətlər və gəlirlər - 2018" tədqiqatında yaşayış məbləğinə görə dünya şəhərlərinin reytinqini açıqlayıb. Bu barədə Report Rusiya KİV-nə istinadən xəbər verir. İsveçrənin Sürix şəhəri 116,8 balla ən bahalı şəhər adına layıq görülüb. Cenevrə ikinci, Oslo üçüncü yerdə qərarlaşıb. İlk onluğa həmçinin Kopenhagen, Nyu-York, Tokio, Milan, London, Çikaqo və Helsinki daxildir. Reytinqi tərtib edərkən UBS analitikləri dünyanın 77 şəhərində 128 mal və xidmətlərin qiymətlərini və 15 peşə nümayəndələrinin gəlirlərini müqayisə ediblər.
Вернуться назад |