Главная > İdman > Maradona: Argentina yığmasının bütün problemlərini Messinin üzərinə yıxmaq olmaz

Maradona: Argentina yığmasının bütün problemlərini Messinin üzərinə yıxmaq olmaz


13-07-2018, 14:44.

         Maradona: Argentina yığmasının bütün problemlərini Messinin üzərinə yıxmaq olmaz

 

Argentinalı əfsanəvi hücumçu Diyeqo Maradona bildirib ki, Futbol üzrə 2018-ci il dünya çempionatının 1/8 finalında mübarizəni dayandırmalı olmuş Argentina yığmasının daha yüksək nəticələrə nail ola bilməməsi hücumçu Lionel Messinin oyunu ilə bağlı deyil.

AZƏRTAC xəbər verir ki, Maradona deyib: "Bütün problemləri Messinin üzərinə yıxmaq olmaz. Messi həm qol vurmalı, həm ötürmələr etməli, həm də topu rəqiblərindən almalıdır, lakin bu mümkün deyil. Biz əsl komanda yaratmalıyıq. Problem Messidə deyil, bütün komandanın oyununun keyfiyyətindədir”.

Xatırladaq ki, Futbol üzrə 2018-ci il dünya çempionatının 1/8 finalında Argentina futbolçuları Fransa yığmasına 3:4 hesabı ilə uduzublar.

 


Вернуться назад