Главная > GÜNDƏM > İran ABŞ-la danışıqlardan imtina etdi

İran ABŞ-la danışıqlardan imtina etdi


13-07-2018, 17:03.

                  İran ABŞ-la danışıqlardan imtina etdi

 

İran beynəlxalq qətnamələr və razılaşmaları pozan ABŞ-la danışıqlar masası arxasında oturmağa ehtiyac görmür.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İranın ali dini lideri Ayətulla Əli Xameneinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti Valday klubundakı çıxışında deyib.

"Bizim danışıqlar aparmaq üçün əsasımız yoxdur. Etibar edilməyən biri ilə necə danışıqlar aparmaq olar? ABŞ hakimiyyəti nüvə sazişi də daxil olmaqla, beynəlxalq razılaşmaları pozub”, - deyə Vilayəti vurğulayıb.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

 


Вернуться назад