Главная > Dünya > C-400 komplekslərinin Türkiyəyə veriləcəyi yeni tarix açıqlandı

C-400 komplekslərinin Türkiyəyə veriləcəyi yeni tarix açıqlandı


12-07-2018, 08:40.

            C-400 komplekslərinin Türkiyəyə veriləcəyi yeni tarix açıqlandı

 

Rusiya C-400 zenit raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonunda təhvil verəcək.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Daha öncə komplekslərin tədarükünə 2019-cu ilin yayında start veriləcəyi nəzərdə tutulmuşdu.

Siyasətçi bildirib ki, razılaşma ABŞ və NATO-ya üzv digər ölkələrin narazılığına rəğmən baş tutacaq.

Cari ilin aprelində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara rəğmən sözügedən raket komplekslərini almaqda qərarlıdırlar.

 


Вернуться назад