Главная > Ümumi > Goranboyda itkin düşmüş qadın və iki qızı tapılıb- FOTO

Goranboyda itkin düşmüş qadın və iki qızı tapılıb- FOTO


9-07-2018, 23:14.

             Goranboyda itkin düşmüş qadın və iki qızı tapılıb- FOTO

 

Goranboy rayonunda itkin düşmüş qadın və iki övladı Gəncədə tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Goranboy rayonun Safikürd kənd sakini Məmmədova Bəsti Kazım qızı 5 gün öncə qızları - 6 yaşlı Laman və 4 yaşlı Dəniz Məmmədzadələr ilə birgə yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Yaxınları tərəfindən axtarışa verilən ana və qızları hazırda Gəncə şəhər Kəpəz rayonu ərazisində tapılıb. İlkin məlumatlara görə, Dədə Qorqud küçəsində tapılan hər üç şəxs polis idarəsinə aparılıb və oradan ailəsinə təhvil verilib.

 


Вернуться назад