Главная > Ədəbiyyat > Mərhum jurnalistin kitabı çap edildi

Mərhum jurnalistin kitabı çap edildi


7-07-2018, 14:32.

            Mərhum jurnalistin kitabı çap edildi

 

Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı çapdan çıxıb.

Kult.az xəbər verir ki, bu barədə mərhum jurnalistin bacısı Sevinc Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Zabil Müqabiloğlu haqqında kitab iyunda çapdan çıxıb:

"Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu kitabı çapdan çıxarıb. "Son Zəng"dir. Zabil 19 il jurnalistika sahəsində çalışıb. "525- ci qəzet”də işləyib, uzun illər "Yeni Müsavat”da redaktor vəzifəsində, "Tərcüman” və "Avropa” qəzetlərində çalışıb. Ən son Günxəbər.com saytının təsisçisi və baş redaktoru olub.

Yaxın günlərdə kitabın təqdimatını keçirməyi düşünürük”.

Qeyd edək ki, jurnalist Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən dünyasını dəyişib.


Вернуться назад