Главная > Ölkə > Şirvanda işsizlər ayağa qalxdı

Şirvanda işsizlər ayağa qalxdı


15-02-2016, 20:01.

Şirvanda işsizlər ayağa qalxdı

Bu gün – fevralın 15-də Şirvan şəhərində yüzlərlə insan  yerli Məşğulluq İdarəsinin binası qarşısına toplaşaraq işlə təmin olunmalarını tələb ediblər. Bu haqda "Basta”ya Müsavatın Şirvan təşkilatının sədri Əlikram Xurşidov məlumat verib.

"Hər gün insanlar  məşğulluq idarəsinin önünə yığılaraq iş tələb edirlər. Bu yaxınlarda Şirvan şəhərindəki "Mədəniyyət evində” keçirdiyi görüşdə Müdafiə Sənayesi naziri Yavər Camalov vətandaşların işlə təmin olunacağını vəd etmişdi. Ona görə bu gün təqribən 500-ə yaxın işsiz insan Məşğulluq İdarəsinin qarşısına yığışaraq, bu vədə əməl olunmasını tələb edib”, – Xurşidov bildirib.

Mustafa Hacıbəyli, bastainfo.com 


Вернуться назад