Главная > Dünya > Bağdadinin oğlunun öldürüldüyü bildirilir

Bağdadinin oğlunun öldürüldüyü bildirilir


4-07-2018, 12:38.

               Bağdadinin oğlunun öldürüldüyü bildirilir

 

İŞİD lideri Əbubəkr Bağdadinin oğlu Hüdeyfə əl-Bədri Suriyanın Xüms şəhərində öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Röyter” agentliyi yayıb.

Bağdadinin oğlu hökumət qüvvələrinin keçirdiyi əməliyyat zamanı məhv edilib. Əməliyyat Xümsdəki elektrik enerjisi stansiyası yaxınlığında həyata keçirilib.

Onu da qeyd edək ki, indiyə qədər Bağdadinin özünün öldürülməsi barədə saysız-hesabsız xəbərlər yayılıb.

 


Вернуться назад