Главная > Cəmiyyət > Elmar Vəliyevi güllələyən şəxs Rusiya vətəndaşı imiş -FOTOSÜBUT
Elmar Vəliyevi güllələyən şəxs Rusiya vətəndaşı imiş -FOTOSÜBUT4-07-2018, 12:06. |
Gəncə şəhər icra başçısına qarşı sui-qəsd törədən şəxsin fotosu yayılıb. Musavat.com xəbər verir ki, sui-qəsdi törədən 1983-cü il təvəllüdlü Yunis Səfərovdur. Həmin şəxsin fotosunu təqdim edirik: Xatırladaq ki, icra başçısına qarşı sui-qəsd hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb. Məsələnin maraqlı tərəfi budur ki, pasport şəkli yayılan sui-qəsdçi fotolara görə, xarici ölkə vətəndaşıdır.
Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncə icra başçısı Elmar Vəliyev və mühafizəçisinin güllələnməsi ilə bağlı rəsmi açıqlamada qeyd olunur ki, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
İ.Muradov
Вернуться назад |