Главная > İdman > Argentinanın baş məşqçisi istefaya göndərilib

Argentinanın baş məşqçisi istefaya göndərilib


1-07-2018, 17:06.

             Argentinanın baş məşqçisi istefaya göndərilib

 

Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.

"Report" "360 Sources" nəşrinə istinadən xəbər verir ki, qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub.

1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.

Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Maskerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.

 


Вернуться назад