Главная > Qarabağ > Azərbaycan ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub
Azərbaycan ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub1-07-2018, 11:20. |
Azərbaycan ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulubErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub. Qaziler.az bildirir ki, Müdafiə Nazirliyindən verilən
məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız
yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı, Bala Cəfərli kəndlərində
və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub. Вернуться назад |