Главная > Mövqe > Tramp Krımı Rusiya ərazisi kimi tanıya bilər – Rəsmi MÖVQE

Tramp Krımı Rusiya ərazisi kimi tanıya bilər – Rəsmi MÖVQE


30-06-2018, 15:22.

          Tramp Krımı Rusiya ərazisi kimi tanıya bilər – Rəsmi MÖVQE

 

ABŞ prezidenti Donald Tramp Krımı Rusiyanın ərazisi kimi tanıya biləcəklərini istisna etməyib.


Publia.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp jurnalistlərin Krımla bağlı sualına cavabında "bu məsələyə baxa bilərik” deyə bildirib.

Tramp Ukraynanın Krımı itirməsinə görə sələfi Barak Obamanı ittiham edib.

Qeyd edək ki, "BuzzFeed News” saytının diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Tramp daha əvvəl G7-nin Kanadada keçirilən sammitində Krımın Rusiyaya aid olduğunu bildirib. ABŞ prezidenti həmçinin, G7 ölkələrinin Kiyevə dəstəyini tənqid edib.

"Ukrayna – bu dünyada ən korlanmış ölkələrdən biridir”, - deyə o bildirib.


Вернуться назад