Главная > Dünya > İrana daha bir zərbə Hindistandan gəldi

İrana daha bir zərbə Hindistandan gəldi


30-06-2018, 10:35.

               İrana daha bir zərbə Hindistandan gəldi

Hindistan hökuməti Trampın çağırışına cavab olaraq, İrandan neft tədarükünü kəskin azaldıb.

Teleqraf.com xəbər verir ki, noyabrdan başlayaraq Hindistan alternativ mənbələrdən neft əldə edəcək.

Qeyd edək ki, ABŞ müttəfiqlərinə İrandan neft idxalını noyabrın 4-nə qədər dayandırmaqla bağlı müraciət edib.

ABŞ Maliyyə Nazirliyindən verilən məlumata görə, əgər müttəfiqlər Pentaqonun müraciətinə müsbət yanaşsalar bu ölkənin investisiyasını qazana bilərlər.

Məsələ ilə bağlı ABŞ-ın İrandan neft idxal edən Türkiyə, Çin və Hindistana müraciət edib.

Bu açıqlamadan sonra neft birjalarında qiymətlər artaraq qara qızılın bir barreli 80 dollara yaxınlaşıb.

 


Вернуться назад