Главная > Dünya > Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var
Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var29-06-2018, 21:55. |
Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar varBu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 13 yaşlı fələstinli oğlan həlak olub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildirilib. Məlumata əsasən, Xan-Yunis şəhərində 13 yaşlı oğlan aldığı güllə yarasından keçinib. Gün ərzində baş verən toqquşmalarda 6-sı uşaq olmaqla 310 fələstinli yaralanıb, onlardan 3-ün vəziyyəti ağırdır. İsrail hərbçilərinin hesablamalarına görə, bugünkü aksiyalarda 2 minədək fələstinli iştirak edib. Qeyd edək ki, bu ilin martında fələstinlilər Qəzza zolağının sərhədində "Böyük Qayıdış Yürüşünə" başlayıb. Martın 30-dan etibarən İsrail hərbçiləri ilə toqquşmalarda 134 fələstinli ölüb, 15 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.
Вернуться назад |