Главная > Hadisə > Bakı metrosunda sərnişin öldü

Bakı metrosunda sərnişin öldü


29-06-2018, 11:10.

                  Bakı metrosunda sərnişin öldü

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

 

"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun APA-ya verdiyi məlumata görə, metronun "20 Yanvar" stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib.

 

"Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Nazim Qasımovun ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib", - deyə B.Məmmədov vurğulayıb.

 


Вернуться назад