Главная > Ümumi > Bakı şəhərinin baş planının hazırlanmasına 4 milyon manat ayrılıb

Bakı şəhərinin baş planının hazırlanmasına 4 milyon manat ayrılıb


27-06-2018, 18:42.

             Bakı şəhərinin baş planının hazırlanmasına 4 milyon manat ayrılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 


Вернуться назад