Главная > Ümumi > Tramp: KXDR-də Amerika əleyhinə olan lövhələr küçələrdən yığışdırılıb

Tramp: KXDR-də Amerika əleyhinə olan lövhələr küçələrdən yığışdırılıb


26-06-2018, 09:33.

                Tramp: KXDR-də Amerika əleyhinə olan lövhələr küçələrdən yığışdırılıb

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya küçələrindən Amerika əleyhinə olan lövhələr yığışdırılıb.

"Report” xəbər verir ki, o bunu Cənubi Karolinada çıxışı zamanı deyib.

"Bu, o qədər də asan deyil. Lakin onlar bütün Şimali Koreya boyu Amerika əleyhinə olan lövhələri çıxardıblar", - deyə "Raw Story" onun sözlərini sitat gətirib.

Bildirilir ki, Amerika prezidenti KXDR lideri Kim Çen Inı tərifləyib və bir daha bildirib ki, onların arasında yaxşı münasibətlər var.

 


Вернуться назад