Главная > Mövqe > Səudiyyə Ərəbistanından FƏLƏSTİNƏ XƏYANƏT: GÖRÜŞ İFŞA OLDU

Səudiyyə Ərəbistanından FƏLƏSTİNƏ XƏYANƏT: GÖRÜŞ İFŞA OLDU


25-06-2018, 21:42.

          Səudiyyə Ərəbistanından FƏLƏSTİNƏ XƏYANƏT: GÖRÜŞ İFŞA OLDU

 

 

İsrailin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın, iki ölkə arasında rəsmi diplomatik münasibət olmamasına rəğmən, gizli görüş keçirdikləri müəyyənləşib.

İsrailin "Maariv” qəzetinin xəbərinə görə, Netanyahu və bin Salman, həftənin əvvəlində İordaniyanın paytaxtı Əmmanda bir araya gəlib. Qəzet, görüşlərin, ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşnerın və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Jason Greenblattın Əmman səfəri zamanı həyata keçirildiyini bildirib.

ABDULLAH VASİTƏÇİ OLDU

"Maariv” qəzetinin siyasi analitiklərindən Jacky Hugi, iki ölkə arasında birbaşa danışıqların İordaniya kralı 2-ci Abdullah vasitəsilə keçirildiyini deyib. Gizli görüşdə Kuşnerin "Qüdsə xəyanət planı”nın müzakirə edildiyi bildirilib. İsrailin baş naziri Netanyahu, 2017-nin noyabr ayında, rəsmi diplomatik əlaqələri olmamasına baxmayaraq, ər-Riyad ilə ünsiyyət halında olduqlarını qəbul etmişdi.

//Müxalifət.az


Вернуться назад