Главная > Siyasət > İncədən Ərdoğana sensasiyalı - Müraciət

İncədən Ərdoğana sensasiyalı - Müraciət


25-06-2018, 14:03.

            İncədən Ərdoğana sensasiyalı -Müraciət

 

Çıxışıma sosial mediada dolaşan iddialarla başlamaq istəyirəm.Həyat yoldaşımın qaçırılması, mənim təhdid olunmağım, saraya getməyim kimi xəbərlər sadəcə bir neçə şizofrenikin uydurmalarıdır. Belə bir şey yoxdur. Bu məsələni bağlayaq.

Axar.az xəbər verir ki, bu sözləri CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə təhdid edilməsi ilə bağlı iddialara cavab verərkən bildirib.

"İkincisi, 15 milyon vətəndaşımız mənə səs verib. İlk hədəfimiz bu rəqəmi 30 milyona yüksəltməkdir. 15 milyon insan səs verirsə, qısa zaman ərzində 30 milyon da ola bilər. Bunun üçün çalışacağam. Bunu hər kəs bilsin. Cənab Ərdoğan, lütfən, artıq AKP sədri kimi davranmayın. Mənim şüarımı istifadə etməyinizi tövsiyə edirəm. Artıq hamımızın prezidenti olun. Seçkinin nəticələrini də qəbul edirəm. Əgər bir yarışa girərkən qarşıdakını təbrik eləmirsinizsə, yarışa girməyin. Yenidən hazırlanmalısınız. Arada 10 milyon fərq var, bunları görmək istədim. Nə qaçmışıq, nə də təhdid edilmişik”, - İncə bildirib.

 


Вернуться назад