Главная > Dünya > Tarixi görüş baş tutdu-962 il sonra -FOTOLAR

Tarixi görüş baş tutdu-962 il sonra -FOTOLAR


14-02-2016, 17:38.

Dünən axşam Kubanın paytaxtı Havanada katolik və provaslav kilsələrinin liderləri arasında tarixi görüş baş tutub.

Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, 11-ci əsrdə xristianlığın Qərb və Şərq qollarına ayrılmasından sonra bu, kilsə rəhbərlərinin ilk görüşü olub.

Havanadakı Xose Martin hava limanında baş tutan 2 saatlıq görüşdən sonra papa Fransis və rus-provaslav kilsəsinin rəhbəri Kiril 30 maddəlik sənəd imzalayıblar.

Mətbuat konfransında Rus Pravoslav Kilsəsinin rəhbəri görüşün "qardaşlıq” şəratində keçdiyini bildirib. Roma Papası da danışıqları "çox səmimi” adlandırıb.

Sənəddə kilsələrin dağıdılması, Avropanın xristian köklərinə bağlı qalması, Afrikadakı xristianların məruz qaldığı zorakılıq, eləcə də digər qlobal problemlərə toxunulub.


Вернуться назад