Главная > İdman > “Salah hələ də zədədən əziyyət çəkir” – Mane

“Salah hələ də zədədən əziyyət çəkir” – Mane


24-06-2018, 10:23.

            "Salah hələ də zədədən əziyyət çəkir” – Mane

 

Seneqal millisinin hücumçusu Sadyo Mane bildirib ki, onun "Liverpul”dakı komanda yoldaşı Məhəmməd Salah zədəsini tam sağaltmayıb
.

Qol.az-ın TASS-a istinadən yaydığı xəbərə görə, o deyib: "Beş gün əvvəl Salahla danışdım. Oyunlara psixoloji olaraq yaxşı köklənib. Amma hələ də zədədən əziyyət çəkir. Mən ona tezliklə sağalmağı arzulayıram”.

 

Xatırladaq ki, Salah çiynindən zədəni Çempionlar Liqasının finalında alıb. Bu səbəbdən o, DÇ-2018-in ilk matçını - Uruqvayla görüşü buraxmalı olub.

 


Вернуться назад