Главная > Region > Yevlaxda yük maşını aşıb, xəsarət alan var
Yevlaxda yük maşını aşıb, xəsarət alan var24-06-2018, 09:42. |
Yevlaxda yük maşını aşıb, xəsarət alan varYevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, Oğuz rayonundan Bərdə istiqamətinə hərəkətdə olan "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, Bərdə rayon sakini, 1950-ci il təvəllüdlü Nəcib Əmiraslanov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад |