Главная > Ümumi > Baş nazirin çıxışı zamanı partlayış: yaralılar var

Baş nazirin çıxışı zamanı partlayış: yaralılar var


23-06-2018, 16:08.

            Baş nazirin çıxışı zamanı partlayış: yaralılar var

 

Efiopiyanın yeni baş naziri Abiy Əhmədin paytaxt Addis Ababada kütlə qarşısında çıxışı zamanı partlayış baş verib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, təhlükəsizlik qrupu baş naziri dərhal hadisə yerindən uzaqlaşdırıb. Minlərlə şəxsin iştirak etdiyi tədbirdə yaralananların olduğu bildirilir. Hadisə araşdırılır.

Qeyd edək ki, Abiy fevral ayında hakimiyyətə gəlib və o, Oromo etnik qrupundan olan ilk baş nazirdir. Abiy Əhmədin nitqi ölkədə 3 il davam edən və minlərlə insanın ölümünə səbəb olan anti-hökümət nümayişlərindən sonra baş verən ilk belə çıxış idi.

 


Вернуться назад