Главная > Qarabağ > Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar


23-06-2018, 15:04.

         Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

 

İşğal olunmuş Qarabağda iyunun 18-dən 22-nə qədər Ermənistan ordusunun komanda-qərargah təlimləri keçirilib

 

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

 

Mənbəyə əsasən, təlimin gedişini Qarabağdakı işğalçı erməni qoşunlarının komandanı, general-leytenant Levon Mnatsakanyan izləyib.

 

"Tiqranakert” poliqonunda təlimlər düşmənin gözlənilməz hücumu şəraitində başlayıb. Müvafiq qüvvələr düşmənin irəliləməsini dayandıra, müdafiə əməliyyatı keçirə və bundan sonra əks-hücuma keçərək, itirilmiş mövqeləri bərpa edə, daha əlverişli mövqeləri tuta biliblər.

 

Təlimlərin ssenarisinə uyğun olaraq, düşmən aviasiyadan, raket vasitələrindən və digər silahlardan istifadə edib. Növbətçi qruplardan əlavə, diversiya-kəşfiyyat və desant qrupları da fəaliyyətdə olublar. Sonunculara müqavimət göstərmək məqsədilə ordu birləşmələri bir sıra yeni silah növlərindən və müasir texniki vasitələrdən istifadə ediblər ki. bunun sayəsində gözlənilən müsbət nəticə əldə olunub.

 

Təlimin sonunda ona yekun vurulub, analizi aparılıb və sonrakı işlərin təşkili üçün müvafiq tapşırıqlar verilib”, - Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.(virtualaz.org)

 


Вернуться назад