Главная > Region > Pambıq tarlasında yenə kütləvi zəhərlənmə oldu:bu dəfə Sabirabadda

Pambıq tarlasında yenə kütləvi zəhərlənmə oldu:bu dəfə Sabirabadda


23-06-2018, 14:15.

               Pambıq tarlasında yenə kütləvi zəhərlənmə oldu: bu dəfə Sabirabadda

Bu gün Sabirabad rayonunda pambıq tarlasında işləyən kəndlilər arasında zəhərlənmə hadisəsi baş verib.

 

Virtualaz.org-a daxil olan məlumata görə, pambıq tarlasında işləyərkən halı pisləşmiş 6 nəfər xəstəxanaya müraciət edib.

 

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini olan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına , daha 4 nəfər qadın isə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

 

Hazırda xəstələrin vəziyyətinin stabil olduğu deyilir.

 


Вернуться назад