Главная > GÜNDƏM > Avropadan Türkiyəyə təhdid

Avropadan Türkiyəyə təhdid


22-06-2018, 17:18.

                Avropadan Türkiyəyə təhdid

 

24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyip Ərdoğan qalib gələrsə, Avropa İttifaqına üzv olmaqla bağlı Ankara ilə aparılan danışıqlara son qoyulacaq.

Azvision.az xəbər verir ki, belə bir xəbərdarlığı Avropa Parlamentinin Almaniyadan olan deputatı, Xristian Demokratlar Birliyi partiyasının üzvü Renate Sommer edib.

"Əgər seçkiləri Ərdoğan qazanarsa, Avropa Parlamenti bu durumda üzvlük müzakirələrinə son qoyulmasını tələb edəcək”, – deyə Sommer təhdid edib.

O həmçinin vurğulayıb ki, Ərdoğanın prezident seçilməsilə Türkiyənin Avropa İttifaqına qoşulması mümkün olmayacaq.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar partiyasının üzvü olan Renate Sommer anti-Türkiyə mövqeyi və Ərdoğana qarşı tənqidi fikirlərilə tanınır.

 


Вернуться назад