Главная > Hadisə > Ağstafada taxıl sahəsi yanmağa başlayıb

Ağstafada taxıl sahəsi yanmağa başlayıb


22-06-2018, 16:54.

             Ağstafada taxıl sahəsi yanmağa başlayıb

 

Ağstafa rayonunda taxıl sahəsi yanmağa başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın rayonun "Şəkərli" stansiyasının yaxınlığında yerləşən taxıl sahəsində başlayıb.

İlkin məlumatlara görə, yanğına ərazidən keçən teplavozdan yaranmış qığılcım səbəb olub.

Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və təxminən 15 hektar ərazisi olan taxıl sahəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

 


Вернуться назад