Главная > Region > Sabirabad yenə qrunt sularına qərq oldu – Video

Sabirabad yenə qrunt sularına qərq oldu – Video


14-02-2016, 15:26.

Sabirabad yenə qrunt sularına qərq oldu – Video

\Yağıntıların normadan çox olması Kür və Araz çaylarında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə Sabirabad sakinləri ciddi problemlə üzləşiblər. İnsanların həyətyanı sahələri, hərəkət etdikləri küçələr qrunt sularına qərq olub. Fövqəladə vəziyyətlə bağlı insanların yerli rəhbər strukturlara müraciətləri əfsuslar olsun ki cavabsız qalır.

Sabirabad şəhəri,  M. Hümbətov k. 8 ünvanda yaşayan Adil Heybət oğlu Bünyadov ikinci qrup əlildir. Heç yerdə işləmir. O, suya qərq olmuş həyətinin görüntülərini bastainfo.com saytına təqdim edir. Həyətlərin bu vəziyyətdə olması yaşayış evlərinə uçmaq təhlükəsi yaradsır. Şikayətçinin bildirdiyinə görə dəfələrlə yerli hakimiyyət orqanlarına müraciət etsə də problemin həllinə dair heç bir iş görülmür. Əlacə kəsildiyindən mətbuata üz tutduğunu deyir.

Sabirabad şəhəri, H. Əliyev pr. dal 7 ev 6 ünvanda yaşayan Qəzənfər Böyükbəy oğlu Bəşirov da qrunt sularından əziyyət çəkir. O, bildirir ki, bu vəziyyət təkcə onun həyətində deyil. E. Qəmbərov, M. İbrahimov, M. Hümbətov, H. Əliyev pr. dal 7, Füzuli küçələrindən 500-dən çox həyətdə oxşar vəziyyətdir. Suda qalmır torpaqlar sürüşməyə meyilli olur. Nəzərə alsaq ki, əksər evlər keçmişdən qalan doldurma evlərdir(palçıqla suvanmış), onların çöküşü an məsələsidir. Rayon rəhbərliyinə müraciətləri havada qaldığını söyləyir: "Söz veriblər, amma iş görmürlər. Həyətim, evim məhv olub gedir. Bir ədəd ağac qalmayıb, hamısı yanıb. Kompensasiya verilməlidir əslində, heş fikirləri belə yoxdur, istəmirik də. Sadəcə həyətlərimizin sulardan qurtulmasına yardım etsinlər. Evlərimiz başımıza uça bilər.

Azər İsmayıl, "Bastainfo.com”


Вернуться назад