Главная > Ümumi > Canikli: "İsrail kəşfiyyatı aldatdı, dağı-daşı bombaladıq"

Canikli: "İsrail kəşfiyyatı aldatdı, dağı-daşı bombaladıq"


22-06-2018, 13:19.

              Canikli: "İsrail kəşfiyyatı aldatdı, dağı-daşı bombaladıq"

 

2004-cü ildə İsrailə böyük pullar ödəyərək 10 ədəd "Heron” pilotsuz uçuş aparatı aldıq, ancaq heç bir zaman effektli şəkildə istifadə edə bilmədik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib.

"İstifadə etməyə imkan vermədilər. İstifadəsini İsraildən gələn mühəndislər etdilər. Kəşfiyyat məlumatını onlar istehsal etdi. Bu kəşfiyyat məlumatları əsasında F-16-larımız əraziləri bombaladı. Sonradan çoxunun yanlış olduğunu, dağı-daşı bombaladığımızı anladıq”, - nazir bildirib.

Xatırladaq ki, "Heron” pilotsuz uçuş aparatı 2003-cü ildən İsrailin İAİ şirkəti tərəfindən istehsal olunur. Bu PUA dünyada ən müasir pilotsuz uçuş sistemlərindən sayılır.

 


Вернуться назад