Главная > Ümumi > İran polisi qazaxıstanlı rejissoru saxlayıb

İran polisi qazaxıstanlı rejissoru saxlayıb


22-06-2018, 12:29.

             İran polisi qazaxıstanlı rejissoru saxlayıb

 

Qazaxıstanlı rejissor Kanat Beysekeyev İranda saxlanılıb.

"Report” xəbər verir ki, bunu "Sputnik”ə PR sahəsi üzrə mütəxəssis Əlşir Yelikbayev bildirib.

"Kanat Beysekeyevin İranda polis tərəfindən tutulduğunu təsdiqləyirəm. Çəkiliş etmək üçün götürdüyü və özünəməxsus olan bütün texniki avadanlıq müsadirə edilib”, - deyə Ə.Yelikbayev vurğulayıb.

O qeyd edib ki, K.Beysekeyev İranda qazaxların həyatı haqqında sənədli film çəkirmiş. Rejissor oxşar çəkilişləri Monqol Eli və Özbəkistanda da aparıb. Ə.Yelikbayevin sözlərinə görə, həmin ölkələrdə polis K.Beysekeyevin çəkiliş aparmasına mane olmayıb, problem yaratmayıb.

Qeyd edək ki,K.Beysekeyev sənədli filmlər çəkən rejissor, ssenari müəllifi və operatordur. Qazaxıstanlı uşağın ABŞ vətəndaşı tərəfindən övladlığa götrürlüməsinə həsr edilən "Bala”, ayağını itirmiş qazaxıstanlı rəqqas haqqında ”Rəqs etmək istəyirəm” sənədli filmləri onun yaradıcılıq nümunələrindəndir.

 


Вернуться назад