Главная > Region > Ağacların kəsilməsi ilə bağlı ən çox şikayət edilən rayonların adları açıqlanıb

Ağacların kəsilməsi ilə bağlı ən çox şikayət edilən rayonların adları açıqlanıb


22-06-2018, 12:08.

         Ağacların kəsilməsi ilə bağlı ən çox şikayət edilən rayonların adları açıqlanıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ağacların kəsilməsi və qurudulması ilə bağlı ən çox müraciət daxil olan rayonların adları açıqlanıb.

"Report"un məlumatına görə, mətbuat konfransında nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ən çox müraciət Bakı şəhərinin Nəsimi, Xətai, Suraxanı, Binəqədi, Sabunçu, Yasamal rayonlarından daxil olur.

Onun sözlərinə görə, regionlardan isə Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı, Qubadan ağac kəsintisi halları ilə bağlı daha çox müraciətlər edilir.

 


Вернуться назад