Главная > Hadisə > Sumqayıt Dövlət Universitetinin girişində sütunlu tavan çöküb

Sumqayıt Dövlət Universitetinin girişində sütunlu tavan çöküb


21-06-2018, 20:25.

           Sumqayıt Dövlət Universitetinin girişində sütunlu tavan çöküb

 

Bu gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşüb.

Bu barədə APA-ya SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib.

O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.

N. Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib.

 


Вернуться назад