Главная > Siyasət > Avropadan Türkiyəyə zərbə: Diplomatlar həbs olunur

Avropadan Türkiyəyə zərbə: Diplomatlar həbs olunur


20-06-2018, 10:23.

              Avropadan Türkiyəyə zərbə: Diplomatlar həbs olunur

 

İsveçrənin Baş Prokurorluğu 2 türk diplomatın həbsi barədə qərar çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə İsveçrənin xəbər agentlikləri informasiya yayıb.

Məlumata görə, türk diplomatlar casusluq və isveçrəli iş adamının Türkiyədə qaçırılmasında şübhəli bilinib. Baş Prokurorluq diplomatların İsveçrəyə gələn kimi həbs ediləcəyini açıqlayıb.

Xatırladaq ki, türk diplomatlar Türkiyədə 15 iyul çevriliş cəhdində şübhəli bilinənlər sırasında olan türk əsilli İsveçrə vətəndaşının qaçırılmasında ittiham olunur.

 


Вернуться назад