Главная > Müsahibə > Müzəffər MƏZAHİM.”Axtarma”

Müzəffər MƏZAHİM.”Axtarma”


30-10-2015, 20:07.

mm

 

Azıb yollarda qalmısan,
Qayıtmağa iz axtarma.
Arxanca baxıb ağlayan,
Həsrət çəkən göz axtarma.

Qurun da yaşa dirənib,
Baharın qışa dirənib,
Sifətin daşa dirənib,
Üz vurmağa üz axtarma.

Ələyin ələnib daha,
Diləyin dilənib daha,
Bələyin bələnib daha,
Zəhmət çəkib bez axtarma.

İndi təsəlli tap ovun,
Əldən çıxıb fürsət ovun,
Sönüb ürəkdə alovun,
Qurdalayıb köz axtarma.


Вернуться назад