Главная > İdman > "Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası

"Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası


19-06-2018, 11:16.

         "Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi -Çempionlar Liqası

 

"Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi üçün potensial rəqiblərinin sayı 16-dan 5-ə enib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, səpələnmişlər sırasında yer alan Ağdam təmsilçisinin rəqibi "Şkendiya” (Makedoniya), "Düdelanj” (Lüksemburq), "Olimpiya” (Sloveniya), "Suduva” (Litva) və ya "Torpedo”dan (Kutaisi, Gürcüstan) biri olacaq.

Qeyd edək ki, püşkatma mərasimi sabah keçiriləcək. Birinci təsnifat mərhələsinin ilk oyunları 10-11 iyul, cavab görüşləri 17-18 iyulda keçiriləcək.

 


Вернуться назад