Главная > Türk Dünyası / Ümumi > İran etirazlarında Zəlimxanın məşhur şeiri - Foto

İran etirazlarında Zəlimxanın məşhur şeiri - Foto


19-06-2018, 09:49.

             İran etirazlarında Zəlimxanın məşhur şeiri - Foto

 

Azərbaycanlı fəallar İranın İslamabad şəhərində "Tut bağı” ərazisindəki ağacların kəsilməsi ilə bağlı hökumətə xəbərdarlıq ediblər.

Kult.az xəbər verir ki, aksiyaya qatılan soydaşlarımız üzərində xalq şairi Zəlimxan Yaqubun məşhur "Bu yaşıl ağacın altı bizimdir” şeiri yazılmış banner nümayiş etdiriblər.

Məlumata görə, hökumət orqanları yolu genişləndirmək bəhanəsi ilə "Tut bağı” ərazisindəki ağacları kəsmək niyyətindədir. Bu məsələ yerli əhali, xüsusilə də ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olub.

Qeyd edək ki, son vaxtlar Parsabadda Kac və Muğan parklarının ağacları müxtəlif bəhanələrlə Bələdiyyə İdarəsi tərəfindən kəsilib.

 


Вернуться назад