Главная > Hadisə > Neftçalada beton daş parçası 7 yaşlı uşağın üstünə düşüb

Neftçalada beton daş parçası 7 yaşlı uşağın üstünə düşüb


19-06-2018, 09:20.

                Neftçalada beton daş parçası 7 yaşlı uşağın üstünə düşüb

 

Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Belə ki, evin divarından qopan beton daş parçası 2011-ci il təvəllüdlü Xankişizadə Məhəmməd Ceyhun oğlunun üstünə düşüb. Ağır xəsarət alan azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan M. Xankişizadə cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад