Главная > Ölkə > İŞÇİNİ “PREMYA” ADI İLƏ QOVDULAR: AUTO.AZ MMC İFŞA OLUNDU

İŞÇİNİ “PREMYA” ADI İLƏ QOVDULAR: AUTO.AZ MMC İFŞA OLUNDU


13-02-2016, 22:10.
İŞÇİNİ
Son bir neçə ayda ölkədə fəaliyyət göstərən bir çox özəl müəssələrdə baş alıb gedən özbaşınalıqlarla bağlı şikayət dolu müraciətlər daxil olmaqdadır
Daxil növbəti şikayət Auto.AZ MMC ilə bağlıdır. Belə ki, müraciət edən Qurbanov Ramiz Rəhim oğlu iddia edir ki, 25 yanvar 2016-cı il tarixdə şirkətin mexaniki Hümbətov Nizami tərəfindən "premya” adı ilə aldadılaraq işdən çıxma ərizəsinə imza atdırılıb. Müraciət tam olaraq təqdim edirik:
"Mən, Qurbanov Ramiz Rəhim oğlu, Auto.AZ MMC şirkətinda 2 il sürücü vəzifəsində calışıram. 25 yanvar 2016-ci il tarixinda mexanik Hümbətov Nizami məni cağırdi və dedi ki, bu ərizəyə qol çək sənə premiya var. Mən latin dilində oxuya bilmirəm. Mən imza etdim. Sonra mənə dedi ki sən ixtisara düşmüsən, daha işə gəlmə. Mən zəng etdim kadrlar şöbəsinə 967. Kadrlar işcisi Cavid mənə dedi ki, sən işdən azad olma barəsində ərizə yazmısan,onun əsasında səni işdən cıxarıblar. Mən öz etirazmı bildirdim ki, mən ərizə yazmamışam. Bu ərizə saxtadı. Mexanik premiya əvəzinə mənə özu yazdıgı ərizəni imza etdirib. Bu işə öz qohumunu götürmək ücün mənim hüquqlarım kobudcasına pozulub. Mexanik Nizami Hümbətov Azərbaycan Respublikasının qanunlarını kobudcasına pozur. Əmək haqqının yarısını paketdə bizə verir. İstəyəndə onuda vermir. Bizə şirkət tərəfindən ayrilan yemək pulunu qoyur cibinə. Şirkət kulli miqdarda avto detallara pul ayırıb. Lakin avtomobil detalları bizə gəlib çatmır. Sutkada 24 saat bizi (sürücüləri) işlədir və pulumuzu vermir. Biz maşınlarda metall daşıyırıq. Bizə nəğd pul verirlər, biz də bu pulu mexanik Hümbətov Nizamiyə veririk. Pul banka köçürülmür.İŞÇİNİ
Xahiş edirəm mnə kömək edin. Hörmətlə Ramiz Qurbanov”
 
Auto.AZ MMC Azərbaycanda yükdaşımalar və loqistik xidmətlər göstərən bir şirkətdir və Azərbaycanın Nəqliyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyaya uyğun olaraq, Azərbaycan Beynəlxalq Yol Karyeraları Assossasiyasının (ABADA) üzvü kimi fəaliyyət göstərir.
Jurnalist etikasına uyğun olaraq biz şirkətin rəsmi veb səhifəsindəki nömrələrlə əlaqə saxlamağa çalışsaq da bütün cəhdlərimiz uğursuz oldu. Saytda göstərilən nömrələr demək olar ki, işləmir.
Prezident İlham Əliyev son bir ayda bir neçə müşavirə çağıraraq əhali arasında süni narazılıqlara yol verən şirkətlərin cəzalandırılacağına dair dəfələrlə xəbərdarlıq edib. Görünür bəzi şirkətlər bu tələbləri qulaqardına vuraraq özbaşınalıqlarına davam etməkdədirlər. 7News.az
Вернуться назад