Главная > Dünya > “Əl-Qaidə”-nin liderlərindən biri saxlanılıb

“Əl-Qaidə”-nin liderlərindən biri saxlanılıb


18-06-2018, 10:54.

             "Əl-Qaidə”-nin liderlərindən biri saxlanılıb

 

Liviya ordusu "Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olan Əbu Səfyan bin Kamunu saxlayıb. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Liviya ordusunun rəsmi saytında bildirilir.

 

Əbu Səfyan və silahdaşı Məhəmməd İdris Əl-Mənsuri ordunun Derna şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

 

"Əl-Ərəbiyyə”-nin xəbərinə görə, 59 yaşlı Əbu Səfyan bin Kamu "Əl-Qaidə”nin ən nüfuzlu liderlərindən biri hesab edilib.

 


Вернуться назад